Dolların qiyməti Azərbaycanda da rekord həddə çata bilərmi? - Açıqlama
    • 30-07-2018, 13:25
    • 1 661

Dolların qiyməti Azərbaycanda da rekord həddə çata bilərmi? - Açıqlama

Xəbər verdiyimiz ki, İranda dollar rekord həddə bahalaşıb. Belə ki, 1 dollar 10 min tümənə satılır. İranda dolların bu qədər bahalaşması Azərbaycanda manatın ucuzlaşmasına səbəb ola bilərmi?

Bununla bağlı iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, İran Azərbaycanla qonşu dövlət olmaqla yanaşı iki dövlət arasında iqtisadi əməkdaşlıq sahəsində son 4 ildə əsaslı addımlar atılmaqdadır:

"Azərbaycan manatına iki faktor daha çox təsir göstərir. Neftin bazar qiyməti və qeyri-neft faktorunda payı olan ölkələrdə məzənnənin dəyişməsi Azərbaycan manatına təsir göstərə bilir. Rus rublunun bahalaşması və ya ucuzlaşması manata birbaşa təsir edir. İranda dolların bahalaşmasının iqtisadi baxımından deyil, daha çox psixoloji təsirləri var. Düşünürəm ki, neftin qiyməti stabil olduğu bir vaxtda Mərkəzi Bank psixoloji təsirləri minimuma endirmək imkanlarına malikdir. Məkəzi Bank məzənnənin təyin edilməsində aparıcı rol oynayır. Qonşu ölkələrdə milli valyutaların ucuzlaşmasının bizə daha çox psixoloji təsirləri var. Mərkəzi Bank bu psixoloji təsirləri aradan qaldırmalıdır. Çalışmalıdır ki, İranda dolların bahalaşması Azərbaycan manatına psixoloji təsir göstərməsin". 

Dolların qiyməti Azərbaycanda da rekord həddə çata bilərmi? - Açıqlama

Ekspert vurğulayıb ki, İranda dolların bahalaşması oradan ölkəmizə idxal olunan məhsulların Azərbaycan bazarında ucuzlaşmasına gətirib çıxarmalıdır: "Əgər İranda dolların bahalaşması orada inflyasiyaya gətirib çıxarmayacaqsa İrandan Azərbaycana idxal olunan məhsulların qiymətində ucuzlaşma müşahidə oluna bilər”. 

//BiG.AZ