-
- 12-04-2019, 12:48
- 1 256
Qənirə Paşayevadan Fransa prezidentinə qarşı ETİRAZ
Millət vəkili Qənirə Paşayeva Fransa prezidenti Emmanuel Makronun 24 apreli qondarma “Erməni soyqırımı qurbanlarının” xatirə günü elan etməsini qınayıb.
News24.az xəbər verir ki, millət vəkili gəncləri sosial şəbəkələrdə fəal olmağa və bu qərara etriaz etməyə çağırıb:
“Bu qərara etirazı Makronun sosial media hesablarına fransız və ingilis dillərində göndərilməsi və paylaşılması lazımdır. Bu, çox ciddi məsələdir. Fransa bir daha Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədri kimi neytrallığına kölgə saldı. Qondarma soyqırım haqda qərar qəbul edib, heç zaman Xocalı ilə bağlı danışmayan Fransa prezidenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli olmağı bir tərəfə, heç neytral da ola bilməz. Özəlliklə, sosial mediada çox təcrübəli olan insanlarımız, onminlərlə insan olaraq etirazımızı sosial media üzərindən Fransa rəhbərliyinə çatdırma məsələsində effektli yolları sosial şəbəkələr üzərindən gənclərlə bölüşsünlər və fəal olma çağırışı edək. Bu çox ciddi məsələdir. Qardaş Türkiyə və Türk dünyası gəncliyini, Fransada yaşayan Türk kökənli insanları da etiraz səslərini sosial şəbəkələrdən Fransa rəhbərliyi və ictimaiyyetinə çatdırmaqda fəal olmağa çağırırıq. Hər kəs bu qərarı Millət olaraq nə qədər qınadığımızı, etiraz etdiyimizi və gerçəkləri daim yaymaqda israrlı olduğumuzu və olacağımızı görməlidir.