-
- 11-01-2024, 11:32
- 189
İran yenə özü özünü vurdu
Çabahar şəhərində SEPAH-ın keçirdiyi hərbi təlimdə raketlərin partlaması 11 hərbçinin yaralanmasına səbəb olub.
News24.az xəbər verir ki, bu barədə "Haalvsh" teleqram kanalı məlumat yayıb.
"Telegram" kanalının məlumatına görə, SEPAH-ın qüvvələrinin Oman dənizi sahillərində Çabahar şəhərində keçirilən hərbi təlimində texniki nasazlıq səbəbindən platformadan atılan iki raketin partlaması nəticəsində ən azı 11 hərbçi hadisə yerində yaralanıb.
Atılan raketlərdən ikisi istiqamətini dəyişərək hərbçilərin toplaşdığı yerə düşüb, nəticədə 11 hərbçi yaralanıb və onlar təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Hərbçilərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.
Nəzrin