-
- 11-01-2024, 11:59
- 210
Zəlzələ nəticəsində ölənlərin sayı 213 nəfərə çatdı
Yaponiyanın Noto yarımadasında baş verən güclü zəlzələlər nəticəsində ölənlərin sayı 213 nəfərə çatıb.
News24.az xəbər verir ki, hadisə nəticəsində 52 nəfər itkin düşüb. Son hesablamalara görə, xəsarət alanların sayı 567 nəfərə çatıb.
Xatırladaq ki, yanvarın 1-dən Yaponiyada 1200-dən çox zəlzələ baş verib. Yapon seysmoloqlarının hesablamalarına görə, ən güclü zəlzələ 7,6 bal gücündə olub və 1885-ci ildən bəri ən güclü zəlzələ hesab edilir.