Təhsil naziri TAPŞIRIQ VERDİ 30 gün ərzində
    • 12-04-2019, 18:44
    • 1 038

Təhsil naziri TAPŞIRIQ VERDİ 30 gün ərzində

Xəbər verdiyimiz kimi, bu gün təhsil naziri Ceyhun Bayramovun iştirakı ilə mətbuat konfransı keçirilib.

News24.az
xəbər verir ki, C.Bayramov çıxışı zamanı rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin), təhsil müəssisələrinin rəhbərlərinə sağlam mənəvi-psixoloji və təhlükəsiz mühitin yaradılması barədə danışıb. O, eləcə də, təhsil alanlarda müsbət davranış modelinin formalaşdırılması, ailə-məktəb münasibətlərinin düzgün tənzimlənməsi, bu istiqamətdə məktəb rəhbərliyi və müəllim kollektivinin məsuliyyətinin artırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinin, bu məsələlərlə bağlı ümumtəhsil müəssisələrində olan mövcud vəziyyəti təhlil edərək nəticələri barədə hesabatı, müvafiq sahədə aparılan işlərin təkmilləşdirilməsi ilə bağlı təklifləri 30 gün ərzində Təhsil Nazirliyinə təqdim edilməsinin tapşırıldığı bildirilib.