Zaqatalada avtomobil ağaca çırpılıb, xəsarət alan var
    • 14-01-2024, 21:21
    • 190

Zaqatalada avtomobil ağaca çırpılıb, xəsarət alan var

Zaqatalada yol qəzası olub, xəsarət alan var.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Mazıx kəndinin inzibati ərazisindən keçən hissəsində baş verib.

Balakən rayonu Katex kənd sakini, 1981-ci il təvəllüdlü Məftun Rüfət oğlu Hudulov idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetmənin itirməsi səbəbindən maşın yolunun kənarındakı ağaca çırpılıb. Qəza zamanı müxtəlif dərəcəli xəsarət alan sürücü R. Hudulov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib. R. Hudulovun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.