25 yaşlı oğlan özünü təyyarədən yerə atıb
    • 13-04-2019, 10:17
    • 843

25 yaşlı oğlan özünü təyyarədən yerə atıb

25 yaşlı Amerika vətəndaşı yerə enən təyyarədən tullanıb.

News24.az
xarici KİV-ə istinadən xəbər verir ki, Amerikanın "American Airlines" kompanyasına məxsus təyyarə "Finiks" hava limanına eniş edərkən kişi sərnişin qapını açaraq özünü yerə atıb.

Yüngül xəsarət alan adam təyyarə enənə yaxın özünü qəribə aparmağa başlayıb. O, əlini yaxınlığında olan digər sərnişinlərin üzünə sürtüb, eləcə də əlindəki butulkanın içindəki suyu onlara atırmış.

Hadisə baş verdikdən sonra polis sərnişini yaxalayıb.