Qəzzada ölənlərin sayı 24 mini keçdi
    • 15-01-2024, 15:24
    • 118

Qəzzada ölənlərin sayı 24 mini keçdi

İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 24 mini keçib. 

Bu barədə News24.az “Əl-Cəzirə”yə istinadən xəbər verir.

Yaralıların sayı azı 61 min nəfərə çatıb, 8 min nəfər itkin düşüb. Ehtimallara görə, onlar dağılmış binaların xarabalıqları arasında qalıblar.