Sumqayıtda küçədən meyit tapıldı
    • 15-01-2024, 22:05
    • 151

Sumqayıtda küçədən meyit tapıldı


Sumqayıtda küçədən kişi meyiti tapılıb.

News24.az APA-ya istinadla xəbər verir ki, hadisə 18-ci mikrorayonda yol kənarında qeydə alınıb.

1977-ci il təvəllüdlü Anar Famil oğlu İsmayılovun meyitini yoldan keçən sakinlər aşkar edərək, aidiyyatlı qurumları məlumatlandırıb.

Ölümün səbəbləri bilinmir, fakt araşdırılır.