Tanınmış aktyor vəfat etdi - FOTO
    • 16-01-2024, 10:10
    • 286

Tanınmış aktyor vəfat etdi - FOTO

Amerikalı məşhur müğənni-aktyor Bill Heys vəfat edib.

News24.az axşam.az-a istinadən bildirir ki, sənətçi 99 yaşında Los-Ancelesdə dünyasını dəyişib. Onun ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, Bill Heysin "The Ballad of Davy Crockett" mahnısı 1955-ci ilin yazında "Billboard" çartının zirvəsinə yüksəlmişdi. O, "Ulduz uşaq", "Freyzer", "Hupermen", "Metlok", "Təcrübəçilər" və "Balaca qadınlar" kimi məşhur filmlərdə rol alıb.