Röya Ayxandan barışıq iddialarına cavab
    • 18-01-2024, 18:32
    • 236

Röya Ayxandan barışıq iddialarına cavab

Xalq artisti Röya Ayxan bu gün mətbuatda yayılan keçmiş həyat yoldaşı Anar Cəlilovla barışması xəbərlərinə reaksiya verib.

News24.az OLAY-a istinadla yazır ki, sənətçi bu barədə instaqramda məlumat yayıb. 

“Rəhim Rəhimlinin də olduğu bir paylaşım etdik. Hər kəs o tərəfə yozdu. Əzizlərim biz oğlumuzu sevirik və dost qalmışıq. Bir sözlə, nə barışıq? Hər birimiz xoşbəxtik, amma hərə öz evində”, - deyə, estrada ulduzu açıqlamada vurğulayıb.

Qeyd edək ki, R. Ayxan instaqramın hekayə bölməsində keçmiş həyat yoldaşı ilə videosunu paylaşıb. Kadrlarda mərhum müğənni Rəhim Rəhimli də yer alıb.