-
- 19-01-2024, 19:00
- 218
Egey dənizində güclü zəlzələ baş verdi
Türkiyədə Egey dənizində Euboea adasının sahillərində 4,4 bal gücündə zəlzələ baş verib.
News24.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Qeyd edək ki zəlzələ Çeşmədən 215 kilometr aralıda və 9,94 kilometr dərinlikdə baş verib.
Kandilli Rəsədxanası zəlzələnin 4,6 bal gücündə olduğunu açıqlayıb. Zəlzələ Afinada da hiss olunub.
Mehriban Mirzəzadə