Qurban Qurbanov: “Komanda tam hazır deyil”
    • 24-01-2024, 10:20
    • 198

Qurban Qurbanov: “Komanda tam hazır deyil”

"Futbolçular hələ tam idman formalarını bərpa etməsələr də, çox intizamlı oyun keçirdilər. Bu gün 90 dəqiqə onlardan eyni oyunu tələb edə bilməzdik”.

News24.az İdman.biz-ə istinadla xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XIX turunda qələbə qazanan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis öz meydanında “Araz-Naxçıvan”a 3:1 hesabı ilə qalib gəldikləri oyunda komandanın vacib 3 xal qazandıqlarını deyib. Qurbanov komandanın hələ tam hazır olmadığını bildirib: "Komanda tam hazır deyil. Qələbə qazanmaq üçün çox düzgün oynadıq. Bu gün vacib üç xal qazandıq. Mövsümün ikinci mərhələsinə hazırlıqlarımızı davam etdiririk. Oyundan-oyuna daha yaxşı səviyyəyə gəlmək istəyirik. Qarşıdakı daha yaxşı oyun göstərməliyik ki, komanda “Braqa” ilə matçlarda daha yüksək səviyyədə olsun”.

Qurban Qurbanov komandanın qış fasiləsini Bakıda keçirməsinə də münasibət bildirib. O, psixoloji yorğunluğu aradan qaldırmaq üçün bu addımı atdıqlarını deyib.

Qeyd edək ki, “Qarabağ” turnir cədvəlində ən yaxın izləyicisini 14 xal qabaqlayır.