“Bizim Market”in sahibi QƏFİL VƏFAT ETDİ
    • 15-04-2019, 14:17
    • 2 241

“Bizim Market”in sahibi QƏFİL VƏFAT ETDİ

“Bizim Market” mağazalar şəbəkəsinin və  köhnə “Maşın bazarı”nın sahibi kimi tanınan iş adamı Rasim Salmanov bu gecə qəflətən vəfat edib.

News24.az “AzPolitika.info”ya istinadən xəbər verir ki, iş adamının ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, son illər qalmaqalları ilə medianın gündəmində  olan Rasim Salmanovun “Bizim market” mağazalar şəbəkəsi ilə yanaşı, “Zövq İnşaat” tikinti şirkətinin, “Zövq İnşaat” plastik qapı-pəncərə istehsal müəssisəsinin, “Bakı”, “San Remo” və “Nilufər” şadlıq saraylarının, Babək prospektində yerləşən “Audi Bakı Mərkəzi”nin, “Cadillac Bakı Mərkəzi”nin və “Kilim mebel” salonunun sahibi olduğu bildirilirdi .