Hikmət Hacıyev Mövlud Çavuşoğluna təşəkkür edib
    • 26-01-2024, 22:35
    • 216

Hikmət Hacıyev Mövlud Çavuşoğluna təşəkkür edib


Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin keçmiş xarici işlər naziri, Türkiyə parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğluya ölkəmizə haqsızlığa qarşı qəti və birmənalı mövqe göstərdiklərinə görə təşəkkür edib.

Hikmət Hacıyevin bununla bağlı X sosial şəbəkə hesabındakı paylaşımını təqdim edir:

“Dəyərli Mövlud bəy, PACE-də (AŞPA – red.) Azərbaycana qarşı olan haqsızlıqla bağlı ifadə etdiyiniz qəti və birmənalı mövqeyinizə görə Sizə təşəkkür edirəm. Siz həmişə Azərbaycanın yanında olmusunuz! Tezliklə Sizi Azərbaycanda görmək arzusu ilə”.

Qeyd edək ki, Mövlud Çavuşoğlu AŞPA-da ölkəmizə haqsızlığa qarşı qəti və birmənalı mövqe göstərib. AŞPA-nın Azərbaycana qarşı qərarının qeyri-obyektiv və qeyri-konstruktiv olduğunu bildirən Mövlud Çavuşoğlu yazıb: “Mən çox təəssüf edirəm ki, AŞPA Azərbaycan nümayəndə heyətinin üzvlərinin etimadnaməsini təsdiq etməyib. Bu, həqiqətən də, AŞPA-nın reputasiyasına ağır zərbədir.

Ümid edirəm ki, Avropa Şurasının təsis prinsiplərinə əsaslanan əməkdaşlıq və dialoqa üstünlük verməyən, regionda sülh və sabitliyə xidmət etməyən bu qərar ləğv ediləcək. AŞPA bu səhvi tez bir zamanda düzəltməlidir”.