-
- 29-01-2024, 20:22
- 276
Azərbaycan Ordusunun zabitini qətlə yetirən şəxs həbs edildi - VİDEO
Azərbaycan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Amil Hümbət oğlu Abdullayevi qətlə yetirməkdə təqsirli bilinən Nizami Eynulla oğlu Abdullayev barəsində hərbi prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə dörd ay müddətində həbs qətimkan tədbiri seçilib.
Bu barədə News24.az-a Hərbi Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək