-
- 31-01-2024, 09:36
- 173
İmran Xan və həyat yoldaşına 14 illik həbs cəzası
Pakistanın keçmiş baş nazir İmran Xan və həyat yoldaşı Buşra Bibi “Toşaxana işi” üzrə (korrupsiya və xaricdən hədiyyələrin satışı ilə bağlı cinayət işi) 14 il müddətinə azadlıqdan məhrum ediliblər.
News24.az "Dawn"a istinadən xəbər verir ki, hökm bu gün hesabat məhkəməsinin hakimi Məhəmməd Bəşir tərəfindən elan edilib.
Onlarən hər ikisi də 10 il müddətinə hər hansı dövlət vəzifəsində işləmək hüququndan məhrum edilib və 787 milyon rupi cərimə olunub. Büşra Bibi bu gün məhkəməyə gəlməyib.
Qeyd edək ki, bundan əvvəl İmran Xan və keçmiş xarici işlər naziri Şah Mehmud Qureşi dövlət sirri haqqında qanunu pozmaq ittihamı ilə xüsusi məhkəmə tərəfindən 10 il müddətinə azadlıqdan məhrum edilib.
Teymur Məmmədov