"Ən çox sevdiyi kəlmə “ərim” sözüdür" - Vasif Məhərrəmli
    • 31-01-2024, 10:15
    • 343

"Ən çox sevdiyi kəlmə “ərim” sözüdür" - Vasif Məhərrəmli

"Xanım müğənnilərin bu gün fəxrlə dilə gətirdikləri, ən çox sevdiyi kəlmə "ərim" sözüdür. "Ərim gəlib, ərim zəng edib". Həmkarları ilə danışanda mütləq bu sözü yeri gəldi-gəlmədi işlədirlər".

News24.az bildirir ki, bu fikirləri Lent.az-a açıqlamasında müğənni Vasif Məhərrəmli  səsləndirib.

"Çünki müğənnilik asan sənət deyil. Karyerasında irəliləmiş qadın müğənnilər də özlərini adi qadın kimi xoşbəxt hiss etmək ehtiyacı hiss etdilər. Üstəlik "həci"lər barədə söz-söhbətlər çoxaldıqdan sonra görünür buna ehtiyac hiss edirlər",- deyə o ildirib.