Türkiyə PKK-nı belə tələyə saldı - ÖZƏL TƏHLİL
Siyasət
Türkiyə Böyük Millət Məclisi uzun müzakirələrdən sonra İsveçin NATO-ya üzvlüyünə razılıq verdi. Qeyd edim ki, İsveç məsələsi hazırki prezident Rəcəb Tayyib Ərdoğanın seçki öncəsi əsas şüarlarınan biri məhz bu məsələ idi. Ərdoğan israrla İsveçin üzvlüyünə qarşı çıxır və bu dövlətin PKK mərkəzlərini bağlamadan hərbi təşkilata üzvlüyünü mümkünsüz sayırdı. Bəs necə oldu ki, Türkiyə bu məsələdə güzəştə getdi?
Əvvəla ondan başlayaq ki, İsveçin PKK mərkəzlərinin hamısını bağlaması bir qədər real deyil. Çünki İsveçdə çox güclü kürd icması var və həmən şəxslərin bir çoxunun PKK ilə çox isti münasibəti var. Hətta bəzilərinin valideyinləri də vaxtilə PKK sıralarında olublar. Məsələn, İsveç parlamentinin kürd əsilli deputatı Əminə Kakabaveh ölkədə aktiv PKK dəstəkləyicisi kimi tanınır. Kürd əsilli deputat Türkiyə Suriyada əməliyyat keçərərkən İsveç parlamentində etdiyi çıxışda Türkiyə hökumətini kəskin tənqid etmiş və İsveç hökumətindən Ərdoğan hökumətinə qarşı sərt addımlar atmağı tələb etmişdi. 2022 -ci ildə İsveç parlamentində hökumətlə bağlı etimad səsverməsi keçirilən zaman Əminə Kakabeveh hökuməti dəstəkləmək müqabilində Suriyada döyüşən kürd silahlılarına qarşı İsveş hökumətindən zəmanət aldığını bildirmişdi. “ Ərdoğana qaşı bütün Avropa sussada mən susmayacam “ deyən kürd əslli deputat İsveç hökumətinə parlamentdə PKK/PYD/YPJ teror təşkilatlarını dəstəkləmək barədə ciddi siyasi təzyiq göstərirdi. İsveçdə radikal kürd təşkilatlarına dəstək verən onlarla belə kürd əsilli siyasi fiqur var və Kakabeveh sadəcə onlardan biridir.
Türkiyə məhz bu kimi amillərə görə İsveçin alyansa üzvlüyünə qarşı çıxırdı. Bəs indi nə dəyişdi ki, Ərdoğan höküməti buna razılıq verdi? Türkiyə bu məsələdə nə qazandı? Ərdoğanın uzun zamandır ki, məqsədi ABŞ – dan strateji əhəmiyyətli F16 qırıcılarını almaq idi. Ancaq məlum olduğu kimi, ABŞ həmən qırıcıların Türkiyəyə satılmasına qadağa qoymuşdu. Ankaranın İsveçin üzvlüyünə dəstək verməsindən sonra Vaşinqtonda həmən qadağanı götürdü. ABŞ – la bərabət Kanada da strateji silahların və onların ehtiyyat hissələrinin satılması ilə bağlı Türkiyəyə qoyduğu qadağanı gütürdü. Türk müdafiə sənayəsi son zamanlar çox güclü inkişaf edir. Strateji silaharın hazıranmasında Qərbdən gələcək hissələrə ciddi ehtiyyac var idi. Ərdoğan İsveçin üzvlüyü mövzüsunda Türkiyənin maraqları naminə Qərblə çox uğurlu bazarlıq edib. Həmçinin İsveç hökuməti də ölkədə fəaliyyət göstərən PKK mərkəzlərinə qarşı da bir neçə əməliyyat keçirdiyi barədə məlumatlar var.
Radikal kürd qrupları artıq İsveçdə əvvəlki kimi rahat hərəkət bilməyəcəklər. Çünki İsveçin bununla bağlı Türkiyə qarşısında öhdəliyi var. İsveçin üzvlüyü məsələsində Türkiyə hökumətinin qazancı göründüyü kimi böyük oldu. Bu məsələdə itirən Türkiyə düşməni teror teşkilatlarıvə onların dəskələyiciləri, qazanan isə Türkiyə oldu.
Zeynal Əmrəliyev