-
- 31-01-2024, 16:00
- 131
Şolts bu ölkələrlə birlikdə Ukraynaya yardımı artırmağa çağırdı
Aİ-nin beş lideri Ukraynaya dəstəyi artırmağa çağırıb. Onlar Ukraynanın tərəfdaşlarına və müttəfiqlərinə ümumi müraciət məktubu yazıblar.
News24.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Müraciət məktubu Almaniya kansleri Olaf Şolts, Danimarkanın baş nazirləri Matte Frederiksen, Çexiyanın Petr Fiala, Estoniya Kaja Kallas və Niderlandın baş nazirləri Mark Rutte tərəfindən yazılıb. Onlar uzunmüddətli perspektivdə Ukraynanı dəstəkləmək üçün kollektiv səy göstərməyə çağırıblar.
Siyasətçilər qeyd ediblər ki, Ukraynanın mübarizə əzmi qalmaqdadır və Avropa üçün ilham mənbəyidir. Lakin uzun müddət davam edən qarşıdurma fonunda, xüsusilə artilleriya sursatlarının çatışmazlığı ilə bağlı problemlər yaranır və hərbi dəstək öhdəlikləri ehtiyaclardan məhrum olmaq riski daşıyır.
Mehriban Mirzəzadə