Səfirlik Fransada yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib
    • 31-01-2024, 21:32
    • 193

Səfirlik Fransada yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib

Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə daimi və ya müvəqqəti yaşayan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib.

News24.az xəbər verir ki, bu barədə Səfirliyin "X" hesabında məlumat yayılıb.

Diplomatik nümayəndəlik Azərbaycan Respublikası vətəndaşlarını 7 fevral prezident seçkilərində iştiraka dəvət edib.