-
- 1-02-2024, 11:26
- 350
Spiker: "Azərbaycanın nümayəndə heyətinin AŞPA-da fəaliyyəti dayandırılıb"
Azərbaycanın nümayəndə heyətinin AŞPA-da fəaliyyəti dayandırılıb.
News24.az xəbər verir ki, bunu Milli Məclisin 2024-cü il yaz sessiyasının ilk iclasında parlamentin spikeri Sahibə Qafqarova deyib.
Spiker bildirib ki, bu qərar ölkəmizə qarşı irəli sürülmüş əsassız və qondarma ittihamlara cavab olaraq qəbul edilib
Azərbaycana qarşı qərəzin siyasi səbəbləri hamıya məlumdur. Avropada müəyyən qüvvələr 44 günlük vətən müharibəsində Azərbaycanın qələbəsi və suverenliyinin bərpası reallığı ilə heç cür barışa bilmirlər.
Xatırladaq ki, yaz sessiyasının ilk iclasının gündəliyinə 10 məsələ daxil edilib.
Qumral Əliyeva