Xalq artistindan qalmaqallı PAYLAŞIM: Brilliantla Aygünün fanatları QIRĞINA ÇIXDI - FOTO/VİDEO
    • 1-02-2024, 19:33
    • 200

Xalq artistindan qalmaqallı PAYLAŞIM: Brilliantla Aygünün fanatları QIRĞINA ÇIXDI - FOTO/VİDEO

Xalq artisti Brilliant Dadaşovanın “Instagram” hesabında etdiyi paylaşım qarşıdurma yaradıb.

News24.az Yenicag.az-a istinadla xəbər verir ki, onun özünü pop-diva Aygün Kazımovaya oxşatdıqlarını yazıblar. Bu isə Aygün və Brilliantın fanatları arasında qarşıdurmaya səbəb olub.

Tərəflər arasında başlayan “söz atışması” qarşılıqlı təhqirlərə keçib:

“Burada gic-gic “Brilliant Aygündən sonra belə geyindi” yazanlar getsin sənətkarın 25-30 il əvvəl olan konsertlərini gözlərinə soxsunlar;

Brilliant Ddaşova səhnəyə çıxan gündən hamı hər şeyi ondan öyrənir. Oxumağı da ondan öyrənsydilər, yaxşı olardı. O da mümkün olan şey deyil;

Aygün səhnəyə çıxdığı gündən Brilliant özünü ona bənzədib;

1990-cı ildən bəri Aygünün “Şəklimi çək” klipinin səhəri günü Brilliant transparan paltar geyinib, saçını qaraltdı…”

“Hərəsinin öz yeri var, könül bulandırmaq lazım deyil”, – deyə fanatları sakitləşdirməyə çalışan izləyicilər də basqıya məruz qalıblar.

Qalmaqal yaradan görüntünü təqdim edirik: