Elnarə Qasımova ilə bağlı qərar verildi
    • 2-02-2024, 13:54
    • 312

Elnarə Qasımova ilə bağlı qərar verildi

Fevralın 2-də “Abzas Media” işi üzrə həbs edilən jurnalist Elnarə Qasımovanın ev dustaqlığına buraxılması ilə bağlı verilmiş vəsatətə baxılıb.

News24.az gununsesi.info-ya istinadən bildirir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə vəsatət təmin edilməyib.

Noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.