-
- 16-04-2019, 15:07
- 4 363
246 nömrəli məktəbdə yol hərəkəti qaydaları haqqında tədbir keçirilib
Bu gün Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin təşkilatçılığı ilə 246 nömrəli orta məktəbdə şagirdlərin iştirakı ilə yol hərəkəti qaydalarının təbliğatına həsr olunmuş maarifləndirici tədbir keçirilib.
DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata götə, tədbirdə məktəb kollektivi, şagirdlər və valideynlər də iştirak ediblər.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Almaz Bayramova bildirib ki, orta məktəblərdə yol hərəkəti qaydalarının təbliği uşaqların bilik və bacarıqlarının formalaşmasına müsbət təsir göstərir. Daha sonra çıxış edən Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları Yol Hərəkəti Təhlükəsizliyinə dair Dövlət Proqramının icrası ilə bağlı yol polisinin üzərinə düşən vəzifələr barədə məlumat veriblər.
Qeyd edilib ki, yol polisinin məktəblilər arasında maarifləndirmə işləri aparmasında əsas məqsədi onları qəzalardan qorumaq və uşaqların zərər çəkməsini minimuma endirməkdən ibarətdir.
Tədbir zamanı şagirdlərə yol nəqliyyat hadisələrinin törətdiyi ağır fəsadlardan bəhs edən videoroliklər nümayiş etdirilib. Görüntülər əsasında şagirdlərlə yol polisləri arasında maraqlı diskusiya təşkil edilib. Tədbirin sonunda fərqlənən şagirdlərə Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin hədiyyələri təqdim olunub.
Qeyd edək ki, Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsi son bir ayda 5 orta məktəbdə bu cür maarifləndirici tədbir keçirib. Təhsil ilinin sonuna qədər bu cür tədbirlərin digər məktəblərdə də keçirilməsi planlaşdırılır.