Azərbaycanda oğul 72 yaşlı atasını baltaladı
    • 3-02-2024, 10:37
    • 135

Azərbaycanda oğul 72 yaşlı atasını baltaladı

Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Nazim Həsənqulu oğlu Məmmədova yaşadığı evdə baş nahiyəsindən balta ilə xəsarət yetirilib.

News24.az Report-a istinadən xəbər verir ki, hadisə Gəncə şəhər, Bayan küçəsi 119b ünvanında qeydə alınıb.

O, xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə, onun oğlu - 1976-cı il təvəllüdlü Zaur Məmmədovdur.

O, hadisəni törətdikdən sonra hadisə yerindən qaçsa da, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.