Liftdə köməksiz qalan şəxs xilas edildi - VİDEO
    • 4-02-2024, 14:00
    • 192

Liftdə köməksiz qalan şəxs xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən onmərtəbəli yaşayış binasının liftində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən News24.az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, texniki nasazlıq səbəbindən onmərtəbəli yaşayış binasının lifti yeddinci mərtəbədə dayanıb və vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrlə liftin qapısını açaraq köməksiz vəziyyətdə qalan sakini xilas ediblər.