Nazir Elmar Məmmədyarov Polşanın Neft və qaz şirkətinin prezidenti ilə görüşüb
    • 17-04-2019, 10:51
    • 1 407

Nazir Elmar Məmmədyarov Polşanın Neft və qaz şirkətinin prezidenti ilə görüşüb

Polşa Respublikasına rəsmi səfəri çərçivəsində nazir Elmar Məmmədyarov Polşanın Neft və qaz şirkətinin prezidenti Piotr Vojnyak ilə görüşüb.
News24.az xəbər verir ki, nazir Elmar Məmmədyarov ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm enerji və infrastruktur layihələri haqqında ətraflı məlumat verib. Azərbaycan tərəfinin iki ölkə arasında enerji sahəsində iş birliyini dəstəklədiyini bildirən nazir Elmar Məmmədyarov, Polşa ilə bu xüsusda əməkdaşlıq etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Öz növbəsində, Piotr Vojnyak Azərbaycan ilə enerji sahəsində əməkdaşlıqda maraqlı olduqlarını və SOCAR-ın təcrübəsindən yararlanmaq istədiklərini xüsusilə qeyd edib.

Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.