-
- 6-02-2024, 14:13
- 339
“Ağızlarından pis qoxu gəlir, qoca nənələr kimi...” - VİDEO
Əməkdar artist Elza Seyidcahan aparıcılara söz atıb.
News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, sənətçi bu barədə qonaq olduğu "Xəbər-ətər" verilişində danışıb:
"Aparıcıların bəziləri qoca arvad, nənələr kimi danışırlar. Qoca nənələr ağızlarında dişləri olmadığına görə, "protez" diş taxırlar. Hərdən görürsən ki, onlar hirslənəndə ağızlarındakı o protez çıxır. Onların tələffüzü də fərqli olur. "T" hərfini "Tf" deyə tələffüz edirlər. Bunların dişləri "Hollivud gülüşü" olsun deyə dişlərini dəyişirlər. Stomotoloqların indi deyəcəklərimdən xoşları gəlməyəcək, çünki onlar istəyirlər ki, əksər insanlar ağızlarına "panel" dişlər taxdırsınlar. 20 yaşında qız gedib "panel" dişlər etdirirsə, əlbəttə onun tələffüzü pis olacaq. Hələ onların o düzəltdikləri dişlər ağızda pis qoxuya səbəb olur. Çünki dibində yemək qalıqları qalır. İki ildən bir isə o "panel" dişləri dəyişməlisən. Kim taxırsa, taxsın amma aparıcılar bu "panel" dişləri taxmasınlar. Aparıcılar təbii olmalıdırlar".
Həmin görüntüləri təqdim edirik: