Bakıda 15 mağazadan oğurluq edən şəxslər SAXLANILDI - FOTO - VİDEO
    • 17-04-2019, 11:41
    • 1 083

Bakıda 15 mağazadan oğurluq edən şəxslər SAXLANILDI - FOTO - VİDEO

Xətai rayonu ərazisində yerləşən mağazalardan birindən oğurluq edilib. Zərərçəkən obyekt sahibi 37-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, marketdən 250 manat, danışıq kartları və tütün məmulatları naməlum şəxslər tərəfindən oğurlanıb.

DİN-in Mətbuat Xidmətindən News24.az-a veril Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rəşad Bayramlı və Kürdəmir rayon sakini Nicat Yunusov saxlanılıblar. Onlar ifadələrində oğurluq etdikırini etiraf ediblər. 

Xətai RPİ-də saxlanılan şəxslərin ətraflarında aparılan əlavə əməliyyat tədbirləri ilə onların rayon ərazisində əlavə olaraq 9 mağazadan, 2 həyətyanı sahədən və 3 saxlanc yerindən pul, tütün məmulatları və məişət əşyaları oğurluq etdikləri məlum olub.

Qeyd edilən faktlarl bağlı saxlanılan şəxslər barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.