Rəşad İlyasovdan Nura Suriyə: “Mən kim, o kim...” – QALMAQAL - VİDEO
    • 17-04-2019, 13:12
    • 1 505

Rəşad İlyasovdan Nura Suriyə: “Mən kim, o kim...” – QALMAQAL - VİDEO

“Çox ayıb bir şeydir” 

Əməkdar artist Rəşad İlyasov müğənni Nura Suri ilə yaşadığı qalmaqala aydınlıq gətirib.

News24.az xəbər verir ki, N.Suri əməkdar artistin işçisinin bilərəkdən toy məclislərindən birində onun mahnısını dəfələrlə yarıda kəsməkdə ittiham edib və sözügedən görüntüləri şəxsi instagram hesabında yerləşdirib.
Məsələ ilə bağlı danışan Rəşad İlyasov, işçisinin Nura Surinin mahnısını qəsdən yarıda kəsmədiyini deyərək, həmin şəxsin tələbə olduğunu deyib: “Tələbədir və bu işə ehtiyacı var. Toy sahibi mənə problemin olduğunu və kömək etməyimi istədi. Mən də canlı ifalarla vəziyyəti ələ aldım. Məncə heç də pis alınmadı. Hətta həmin ifaçı üçün alqış da istədim. Sonradan gördüm ki, sosial şəbəkələrdə belə bir video paylaşıb. Çox ayıb bir şeydir. Oradakı səs rejissorundan da məsələnin nə ilə bağlı olduğunu soruşdum. Dedi ki, mini disk “error” verib. “iPad”lə isə mahnını yayımlaya bilməyiblər. Yəni, mini diskin xarab olmasından ifaçının özünün də xəbəri olub. Disk yarıda dayanıb, canlı oxu. Burada mənim günahım nədir? Girim həmin müğənninin boğazına başqa ifaçının səsini çıxardım? Onunla heç bir problemim yoxdur. Hətta gözəl geyinən xanımlar deyiləndə Nura xanımın adını çəkmişəm. Mən xarici görünüşə və bütün məsələlərə düzgün qiymət verməyi bacarıram. Nura Suri açıq-saçıqlığı da özünə yaraşdırır. Nadiq Qafarzadə demişkən “günah məndədir ki, onunla münasibət qururam”. Mən kim, o kim. Mən Azərbaycanın əməkdar artisti, Dövlət Televiziyasının aparıcısıyam. Həyatımda baş verən neqativ halları instagramında paylaşmağı isə doğru hesab etmirəm”.