İsmayıl Süleymanov seçki məntəqəsində vəfat etdi
    • 8-02-2024, 09:22
    • 274

İsmayıl Süleymanov seçki məntəqəsində vəfat etdi

Kürdəmirdə seçici seçki məntəqəsində ölüb.

News24.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Carlı kənd orta məktəbində qeydə alınıb.

Belə ki, 1955-ci il təvəllüdlü İsmayıl Süleymanov 95 saylı Zərdab- Kürdəmir-Ucar dairəsinin 63 saylı məntəqəsində səs verən zaman ürək tutmasından ölüb.

Araşdırma aparılır.