Rusiyada zəlzələ oldu
    • 8-02-2024, 09:36
    • 459

Rusiyada zəlzələ oldu

Rusiyanın Kamçatka və Komandor adaları sahillərində cümə axşamı beş zəlzələ qeydə alıblar.

News24.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı bildirib.

Sakit okeanda baş verən zəlzələlərin maqnitudası 3,5-5,0 arasında dəyişib.

Ən güclü zəlzələnin episentri Komandor adalarından birində yerləşən Nikolskoye kəndindən 35 km qərbdə - Berinq adasında yerləşib. Yeraltı təkanların ocağı 61 km olub.