İlham Əliyev qanunu pozan hakimi İŞDƏN ÇIXARDI - SƏRƏNCAM
    • 17-04-2019, 16:15
    • 3 778

İlham Əliyev qanunu pozan hakimi İŞDƏN ÇIXARDI - SƏRƏNCAM

Prezident İlham Əliyev Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Musa oğlu Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. 

News24.az-ın xəbərinə görə, Sərəncamda qeyd edilib ki, qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Musa oğlu Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Qeyd edək ki, 50 yaşlı İlyas Mahmudov 2008-ci ildən Sumqayıt Şəhər Məhkəməsinin hakimi idi.