Vidadi İsayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM
    • 17-04-2019, 16:24
    • 1 464

Vidadi İsayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vidadi İsa oğlu İsayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

News24.az xəbər verir ki, Sərəncamda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə əsasən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə  İsayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.