Ehtiyatsızlıqdan mineral su əvəzinə sirkə içdi
    • 13-02-2024, 19:13
    • 245

Ehtiyatsızlıqdan mineral su əvəzinə sirkə içdi

Vladiqafqaz sakini bir şüşə “Jermuk” mineral suyu içdikdən sonra yem dünyasını dəyişib – onun tərkibində su əvəzinə sirkə olub. 

News24.az xəbər verir ki, bu barədə Şimali Osetiyanın rəhbəri Sergey Menyailo məlumat verib.

“Təəssüf ki, bir gün əvvəl qida borusunu bir şüşə mineral suda olan maye ilə yanıq xəsarəti alan şəxs xəstəxanada dünyasını dəyişib”, - deyə məlumatda qeyd olunub.

Hadisə fevralın 12-də baş verib. Vladiqafqaz sakini mağazadan bir şüşə “Jermuk” mineral suyu alıb və bir qurtum içdikdən sonra yemək borusu yanıq xəsarəti alıb. Məlum olub ki, butulkada su əvəzinə sirkə olub.

Mehriban Mirzəzadə