Tanınmış yazıçı vəfat etdi - FOTO
    • 14-02-2024, 12:30
    • 568

Tanınmış yazıçı vəfat etdi - FOTO

Yazıçı və sənətşünas Nina Moleva 99 yaşında vəfat edib. 

News24.az xəbər verir ki, bu barədə Rusiya Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, departament onun fevralın 11-də dünyasını dəyişdiyini açıqlayıb.

Moleva rus rəssamları İvan Nikitin, Fyodor Rokotov, Dmitri Levitski, Konstantin Korovin və başqaları haqqında kitabların müəllifi olub.

Mehriban Mirzəzadə