“İstəyirdim arıqlayam, amma...” – Mətanət
    • 14-02-2024, 14:04
    • 213

“İstəyirdim arıqlayam, amma...” – Mətanət

Mətanət Əsədovanın səhhətində problem yaranıb.

News24.az axşam.az-a istinadla xəbər verir ki, bu barədə o, "Rəngarəng səhər" verilişində danışıb.

Müğənni bildirib ki, arıqlamaq istəyi səhhətində problemlər yaradıb:

"İstəyirəm ki, artıq çəkilərdən xilas olum, arıqlayım. Amma bunu edəndə yatağa düşürəm, zəifləyirəm və immunitetim aşağı düşür. Bu yaxınlarda xəstələndim. 2 ay 20 gün evdə yatdım. İstəyirdim ki, sağalım, amma yenidən xəstələnir, yatağa düşürdüm. Aylardır ki, efirə çıxmıram. Artıq sağaldım".