Ermənistanın iqtisadiyyat naziri istefa verdi
    • 14-02-2024, 14:30
    • 288

Ermənistanın iqtisadiyyat naziri istefa verdi

Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan istefa verib.

News24.az xəbər verir ki, bu bardə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan öz Facebook səhifəsində yazıb.

“Mən bundan sonra sizə iqtisadiyyat naziri vəzifəsində işləməyəcəyəm”, - deyə nazir bildirib.

Qeyd edək ki, 1976-ci il təvəllüdlü V.Kerobyan 2020-ci il noyabrın 26-da iqtisadiyyat naziri təyin olunmuşdu. Onun son günlər rəhbərlik etdiyi qurumda baş verən qalmaqallı hadisələrə görə istefaya getdiyi ehtimal olunur.

Xatırladaq ki, yanvarın 31-də iqtisadiyyat nazirinin müavini Ani İspiryan və qurumun daha 6 əməkdaşı korrupsiyada şübhəli bilinərək həbs edilib. V.Kerobyan müavinini müdafiə etmiş, bu məsələdə anlaşılmazlığın olduğunu bildirmişdi.

Mehriban Mirzəzadə