-
- 14-02-2024, 15:16
- 521
“Film çəkmək hər kəsin başı üçün deyil” - “Apatiya” qalmaqalı
Aktyor Hikmət Rəhimovun lentə aldığı “Apatiya” ətrafında qalmaqal davam edir.
Rejissor və ssenarist Cavid Təvəkkül ad çəkmədən Hikmət Rəhimova söz atıb:
“Sənətkar o vaxt sənətin şahı, ağsaqqalı olur ki, insanın daxili həyəcanlarını və sarsıntılarını ekranda yaxud səhnədə yüksək səviyyədə estetik gözəlliklə ifadə edir , göstərir və bir nəfər belə bu epizoddan, səhnədən iyrənmir. Heç kəs bu həyəcan, sarsıntılar haqda danışmağa cürət etmir, hər kəs içində yaşayır bu həyəcanı, sarsıntını. Eybəcərlik, reytinq, guya ki, "realizm göstərirəm" anlayışı Sənət üçün deyil. Film çəkmək hər kəsin başı üçün deyil, bəlkə də mən özüm hələ film çəkməmişəm...”