-
- 18-04-2019, 13:45
- 5 803
Azərbaycanlı qızın burnu niyə çürüdü? – DƏHŞƏT - FOTOLAR
Sevinc Abdullayeva: “Ciddi tibbi əməlliyatları zirzəmilərdə, gözəllik salonlarında etdirməyin”
29 yaşlı bu xanım aparılan uğursuz əməliyyat nəticəsində burnunu itirmək təhlükəsi ilə üz-üzə qalıb. Bir çoxları kimi, o da bıçaqsız- yəni, cərrahi yolla deyil, rinoplastika üsulu ilə burnunun əyriliyini düzəltdirmək niyyətində olub. Rayonların birində adi bir kosmetoloqa müraciət edib, əməliyyatı həyata keçiriblər və həmin gündən sonra burnu çürüməyə başlayıb. Bundan sonra nələr baş verib, xanımın vəziyyəti necədir?
Bu və digər suallırımza aydınlıq gətirmək üçün zərər çəkən xanımı müalicə edən həkim-kosmetoloq Sevinc Abdullayeva News24.az-a danışıb: “Bəli, bu xanım bizə müraciət edəndə dəhşətli bir vəziyyətdə idi. Azərbaycanın rayonlarının birində kosmetoloq həmin proseduru ucuz preparatla edib. Geodron turşusunu burnuna vurub. İstəyib ki, rinoplastika üsulu ilə bıçaqsız əməliyyat etməyə cəhd etsin, əlbəttə ki, uğursuz alınıb. Bundan sonra xanımda belə fəsadlar əmələ gəlib. Əgər bu kosmetoloq həkimdirsə, anatomiyadan heç olmasa azacıq da olsa bilgisi varsa, o billməlidir ki, burun üzdə ən təhlükəli nahiyədir. Çünki əsas damarlar burundan keçir, eyni zamanda burun toxumaları çox nazikdir. Bu preparatın- yəni həmin turşunun damarların içinə daxil olması risqi olduqca böyükdür. Bu zaman işemiya-damarın içi dolur. İşemiya nəticəsində həmin nahiyyədə qan dövranı dayanır və nəticədə nekroz (çürümə) baş verir. O kosmetoloqun əsas səhvi ondan ibarətdir ki, bu problemi vaxtında görməyib. Vaxtı çox uzadıb, pasiyenti arxayın salıb ki, keçəcək, krem vur düzələcək. Nəticədə yaranın daha da kəskinləşməsinə səbəb olub. Axır xanım görüb ki, burnu qaralır, çürüyür. Sonra Dəri Zöhrəvi Dispanserə müraciət edib, ordan da mənim yanıma göndəriblər”.
S.Abdullayevanın sözlərinə görə, artıq beş aydır ki, xanımın burnunun müalicə prosesi davam etdirilir: “Hazırda çox kiçik çapıqlar qalıb. O çapıqlar da bir müddətdən sonra tamamilə yox olacaq. Əsas biz bu xanımın burnunu yenə əvvəlki formasına qaytardıq. Əgər o xanım altıncı gün deyil, yeddinci gün bizə müraciət etsəydi, burnu düşəcəkdi. Mən hətta xarici ölkələrin cərrahları ilə danışdım, Ukraynadan məşhur həkimlərdən biri dedi ki, burunda problem olarsa təmənnasız olaraq yeni burun qoyula bilər. Şükür ki, hər şey qaydasına düşdü, bərpa edə bildik”.
Həkim-kosmetoloq insanları ayıq olmağa çağırıb: “Əyalətdə, və ya şəhərdə çalışmasından asılı olmayaraq peşəkarlara müraciət etsin insanlar. Düzdür, hər kəs səhv edə bilər, amma həkim olmaq lazımdır ki, səhvləri yerində aşkarlasın. Bir saatın ərzində bu problemi həll etmək olardı. Xanımlara və bəylərə demək istəyirəm ki, tanımadığı, araşdırmadıqları yerə getməsinlər. Ucuz, fotoşopla düzəldilən reklamlara aldanaraq o adamların yanına getməsinlər. Mən və kolleqalarım 15 ildən artıqdır ki, bu sahədə təcrübə toplamışıq. Çalışın peşəkarlara müraciət edin. Xanımlar bilsin ki, bu adi kosmetoloji prosedur deyil, bunlar tibbi əməliyyatlardır. Elə bilirlər ki, manikür pedikürə gedirlər, özü də bu cür əməliyyatları hansısa salonlarda, zirzəmilərdə həyata keçirirlər. Qətiyyən olmaz. Çünki ciddi prosedurdur”.
Məlumat üçün bildirək ki, rinoplastika burnun anadangəlmə, və ya qazanılmış deformasiyalarının düzəldilməsi, eləcə də olmayan burnun tam bərpa edilməsidir. Bəzi hallarda pasiyent burnun formasını dəyişdirmək deyil, yalnız kiçik qüsurları korreksiya etmək, məsələn, iti künclərin hamarlaşdırılması, burun ucunun küncünün dəyişdirilməsi, burun simmetriyasının bərpası və s. istəyir. Bu cür hallarda artıq sizə tanış olan fillerlər köməyə gələ bilərlər. Onların köməyi ilə burnun ucunu “girdələşdirmək”, burun qanadları nahiyəsində çökəkliyi aradan qaldırmaq və bir çox digər əməliyyatları həyata keçirmək mümkündür. Təbii olaraq, bu rinoplastikanın bərpa dövrü daha tez və asan keçir, həm də bu əməliyyatın aparılmasına ənənəvi rinoplastika ilə müqayisədə daha çox maddi vəsait tələb olunur. Rinoplastika əksər hallarda xarici kəsiklər olmadan, qapalı üsulla aparılır.
Həmin xanımın cürümüş və müalicədən sonrakı vəziyyətini təqdim edirik.