-
- 15-02-2024, 16:15
- 215
Daha bir marşrutu xətti nağdsız ödənişə keçir
Fevralın 17-dən "Bakı Metropoliteni" QSC-nin "20 Yanvar" stansiyasını Abşeron rayonunun Masazır kəndi ilə əlaqələndirən 142 nömrəli şəhərətrafı müntəzəm marşrutu nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.
News24.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
"AYNA sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işləri davam etdirir", - deyə məlumatda qeyd olunub.