Hökumətin yeni tərkibindən onlar çıxarıldı
    • 16-02-2024, 15:26
    • 245

Hökumətin yeni tərkibindən onlar çıxarıldı

Azərbaycan Respublikasının ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova həvalə edilib.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədri vəzifəsinin müvəqqəti icrasının həvalə edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Adil oğlu Salahlıya həvalə edilib.

News24.az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Beləliklə, ədliyyə naziri Fikrət Məmmədov və komitə sədri Mübariz Qurbanlı hökumətin yeni tərkibində yer almayıblar.