Azərbaycanda FACİƏ: Gözdən əlil qadın...
    • 16-02-2024, 15:27
    • 280

Azərbaycanda FACİƏ: Gözdən əlil qadın...

Abşeronda gözdən əlil qadın səhvən sirkə turşusu içərək ölüb.

News24.az APA-ya istinadən bildirir ki, hadisə "Abşeron şəhərciyi"ndə baş verib.

Birinci qrup gözdən əlil, 1954-cü il təvəllüdlü Gözəl Qafar qızı Abdullayeva yaşadığı ünvanda səhvən sirkə turşusu içib.

G.Abdullayeva xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.