"Evədək optika" layihəsinin ikinci mərhələsi reallaşdırılır
    • 18-04-2019, 17:34
    • 1 022

"Evədək optika" layihəsinin ikinci mərhələsi reallaşdırılır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi MMC (“Baktelecom”) paytaxt əhalisinin genişzolaqlı xidmətlərlə təminatını nəzərdə tutan "Evədək optika" layihəsinin ikinci mərhələsini reallaşdırır. 

News24.az
xəbər verir ki, görülən işlər çərçivəsində müxtəlif tutumlu mis kabellər istismardan çıxarılaraq kütləvi şəkildə müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzlənir. Daha geniş multimedia xidmətlərindən yararlanması üçün istifadəçilər pulsuz internet avadanlıqlarıyla təmin olunurlar.

Bu da daha çox insanın bir optik xətt üzərindən telefon, internet və İPTV xidmətlərindən istifadəsi üçün imkan yaradır. 

Həyata keçirilən işlər müasir tipli yaşayış kompleksləri ilə yanaşı mövcud 9 mərtəbəli binaları da əhatə edir. 

Hazırda, paytaxtın Qaradağ rayonunda yerləşən Sahil qəsəbəsi, Lökbatan qəsəbəsi və “Qobu Park” yaşayış kompleksində, eləcə də Xətai və Yasamal rayonlarında rekonstruksiya işləri aparılır. Bu istiqamətdə tədbirlər mərhələli şəkildə digər əraziləri də əhatə edəcək. İlin sonunadək 144 minlik infrastrukturun yaradılması nəzərdə tutulur. Beləliklə, “Baktelecom” 75 min mənzilin optik şəbəkəyə texniki keçidini təmin edəcək.