Ermənistan Qazaxla sərhəd kəndləri evakuasiya edir: Əhaliyə XƏBƏRDARLIQ
    • 18-02-2024, 18:00
    • 304

Ermənistan Qazaxla sərhəd kəndləri evakuasiya edir: Əhaliyə XƏBƏRDARLIQ

Ermənistan fevralın 19-da saat 10:00-dan 15:00-dək Tavuş rayonunun Dilican icmasının Xaştərək qəsəbəsində evakuasiya təlimləri keçirəcək.

News24.az Referans.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti məlumat yayıb.

Bildirilir ki, hava həyəcan siqnalı veriləcəyi təqdirdə, əhalinin xəbərdar edilməsi, sığınacağa yerləşdirilməsi və evakuasiya edilməsi işlərin təşkili ilə bağlı təlim keçiriləcək.

Bununla bağlı əhaliyə xəbərdarlıq edilib ki, saat 12:00-da hava həyəcan siqnalı işə salınacaq.

Qeyd edək ki, Dilican Azərbaycanın Qazax, Ağstafa rayonları ilə sərhəddir.