Əbülfəs Qarayevdən bu teatra yeni TƏYİNAT
    • 18-04-2019, 18:32
    • 899

Əbülfəs Qarayevdən bu teatra yeni TƏYİNAT

Sumqayıt Dövlət Dram Teatrında yeni təyinat olub.

Teatrın Mətbuat xidmətindən News24.az-a bildirilib ki, mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə teatrın yeni baş rəssamı vəzifəsi Elşən Sərxan oğlu Hacıyevə həvalə edilib.  

E.Hacıyev Rəssamlıq Məktəbində və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.

Qobustan Milli Bədii Qoruğu ilə birlikdə Reenkornasiya – 5 layihəsini uğurla həyata keçirən istedadlı rəssam Azərbaycan Dövlət Akademik Milli Dram və Dövlət Gənc Tamaşaçılar Teatrında habelə digər sənət ocaqlarında oynanılan 36-dan çox əsərə quruluş verib. Türkiyə səhnəsində isə 10 tamaşanın quruluşçu rəssamı olub.