Qırmızı Xaç: "23 min insan itkin düşüb"
    • 19-02-2024, 17:03
    • 135

Qırmızı Xaç: "23 min insan itkin düşüb"

BQXK müharibə nəticəsində itkin düşənlərlə bağlı yazılı açıqlama verib.

News24.az xəbər verir ki, açıqlamada Rusiya-Ukrayna müharibəsi səbəbiylə 23 min adamın itkin düşdüyü qeyd edilib. Bu itkinlərin ya əsir götürüldüyü, ya öldürüldüyü, ya da evlərini tərk etdiyi bildirilib.

Açıqlamada itkin düşənlərin taleyinə aydınlıq gətirmək üçün araşdırmaların aparıldığı bildirilib.

BQXK-nın Mərkəzi Monitorinq Agentliyi Bürosunun rəhbəri Dusan Vucasanin qeyd edib ki, ailələrin itkin düşən qohumlarının başına gələnləri bilmək hüququ var.

Vucasanin minlərlə itkin düşmüş insanların ailələri ilə ünsiyyət qurmalarına kömək etdiklərini bildirib.

Günel Məlikzadə