Arvadı ilə mübahisə etdi, avtobusu yandırdı
    • 19-02-2024, 22:20
    • 277

Arvadı ilə mübahisə etdi, avtobusu yandırdı

Rusiyanın Krasnoyarsk diyarında yerli sakinlərdən biri yanacaqdoldurma məntəqəsində arvadı ilə mübahisə edərək avtobusu yandırıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə “Kras Mash” "Telegram" kanalı məlumat yayıb.

Hadisənin Nazarovo şəhərində baş verdiyi bildirilir. Arvad avtomobillə ərinin yanacaqdoldurma məntəqəsinə gələrək onunla mübahisə edib. Qadın yanacaqdoldurma məntəqəsində ailəyə məxsus olan avtobusun açarlarını da ərinin əlindən alıb.

Bundan sonra həmin şəxs yanacaqdoldurma məntəqəsinin əməkdaşına üz tutub və ondan taksi çağırmasını istəyib. Daha sonra avtobusun salonuna qayıdıb və yanğın törədib.

Yanğın tez bir zamanda söndürülüb və partlayışın qarşısı alınıb. Hazırda polis araşdırma aparır.