Bakı-Sumqayıt yolundan istifadə edən şəxsləri SEVİNDİRƏCƏK XƏBƏR
    • 19-02-2024, 19:44
    • 206

Bakı-Sumqayıt yolundan istifadə edən şəxsləri SEVİNDİRƏCƏK XƏBƏR

Nəqliyyat eksperti Aslan Əsədov mövcud Bakı-Sumqayıt-Bakı yoluna alternativ "Yeni yol" layihəsini təklif edib.

News24.az xəbər verir ki, layihənin əsas məqsədi şəhər yollarında tıxac məsələsinin həllinə dəstək olmaqdır.

Layihə müəllifi bildirib ki, Bakının təpəlik reylef ərazidə yerləşməsi şəhərin giriş çıxış yollarının yaradılmasına maneə törətməkdədir. Layihə üç mərhələli olaraq Bakı șəhəri Binəqədi və Abşeron rayonu ərazilərini əhatə edir:

"1-ci mərhələdə Binəqədi rayonu 9 mikrorayon ərazisində tikintisi aparılacaq tunel və ya dolayı yol çəkilişi nəzərdə tutulub. Bu, Abşeron rayonu Masazır, Saray qəsəbələrini, Binəqədi rayonu Biləcəri, Binəqədi qəsəbələrini əhatə edəcəkdir. 2-ci mərhələ üzrə küçələrin genişləndirilməsi, ərazi üzrə yaşayış və qeyri-yaşayış evlərinin satın alınması və plana düșəcək yaşayış və ya qeyri-yaşayış sahələrinin təyin edilməsi və sökülməsi işləri nəzərdə tutulub. 3-cü mərhələ isə yol ilə kəsişəcək yol və qovşaqların tikilməsi və təyini ilə bağlıdır./milli.az